F-1.az xatırladır ki, finlandiyalı sürücü radiodan səhv etdiyini deyərək, yavaşlayıb. Daha sonra isə son sektordakı uzun düzlükdə komanda yoldaşı Fettelin önündə qalaraq almaniyalı sürücünün öz hava koridorundan istifadə etməsinə şərait yaradıb.
Sebastyan Fettel: “Bu gün bir dostumun köməyini gördüm və onun hesabına buradayam. Kimi son cəhdində səhv etdi və daha sonra mənim üçün yavaşladı. Mən də onun hava kisəsindən istifadə edərək, gözəl dövrə vura bildim. Təxminən 0.2 saniyə vaxt qazandım. Bolid sıralanma turunun birinci və ikinci sessiyalarında güclü idi, amma son sessiyada bolidin ön tərəfi sürüşürdü. Sərbəst yürüşlərdə yarış tempində daha güclü idik. Buna görə də sabahkı yarışda daha güclü olacağımızı düşünürəm. Yağış yağsa, fərqli yarış ola bilər. Görək nə olur”.