S.Fettel: Rəykkönen saf istedad idi

Sabiq Formula1 pilotu Sebastyan Fettel bildirib ki, Rəykkönen gördüyü ən istedadlı komanda yoldaşı olub.

F-1.az xatırladır ki, almaniyalı sürücü 16 illik Formula1 karyerasında Mark Vebber, Daniel Rikkardo, Kimi Rəykkönen və Şarl Lekler kimi sürücülərlə komanda yoldaşı olub.

Sebastyan Fettel: “Kimi indiyə kimi yarışdığım ən böyük saf istedaddır. Saf sürət cəhətdən üstündür və hər bolidə uyğunlaşır. Əgər hər gün bolid dəyişdirərək yarışsaydıq, Kimi 10 gündən sonra hamını dövrəvi edərdi.

Bolidə tez uyğunlaşır. Ona bir sükan verin və o nə edəcəyini biləcək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*