S.Fettel: “Rəykkönen ilə mübarizə aparmaq istərdim”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Avstraliyada komanda yoldaşı Kimi Rəykkönenlə mübarizə aparmaq istəyib...

F-1.az xatırladır ki, Sebastyan Fettel və Kimi Rəykkönen yarışa 3 və 4-cü yerlərdən başlasalar da, yaxşı start alaraq ilk iki pilləyə yüksəlmişdilər. Kimi yarışın ortalarında turbin problemi üzündən mübarizədən kənar qalmışdı, Sebastyan isə səhv strategiya seçdiyi üçün yarışı iki Mercedes sürücüsünün arxasında – 3-cü yerdə bitirmişdi.

Sebastyan Fettel: “Biz komanda olaraq çalışırıq ki, daha çox xal toplayaq. Kimi ilə aramızda çox fərq yoxdur. Bunu Avstraliya yarışının ilk hissəsində gördük. Onun nəticələri ilə mənim nəticələrim bütün həftə ərzində bir-birinə yaxın idi. Biz ideal şərtlərdə eyni yer uğrunda mübarizə apara bilərdik.

Kimi ilə heç bir problemim yoxdur. Biz çox yaxşı dostlarıq. Özümdən sonra ən çox Kiminin uğur qazanmasını istəyirəm. Onun yarışı bitirə bilməməsi məyusedicidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*