F-1.az xatırladır ki, almaniyalı sürücü ilk 3 yarışda iki qələbə qazansa da, Rəykkönen podiuma belə yüksələ bilməyib. Amma finlandiyalı sürücü Rusiya yarışına əla başlanğıc edib. Belə ki, 37 yaşlı sürücü birinci sərbəst yürüşlərdə 1-ci, ikinci sərbəst yürüşlərdə isə ikinci yeri tutub.
Sebastyan Fettel: “Kimi builki yarışlarda layiq olduğu nəticələri qazana bilmədi. Bolidində davamlı problemlərlə üzləşdi və buna görə də bir az yoruldu. O paddokdakı ən yaxşı sürücülərdəndir və ondakı istedad heç vaxt itməyəcək. Hər şey onun üçün əlverişli olacağı təqdirdə, istədiyi nəticələri qazanacaq. İki ildir ki, onunla mübarizə aparırıq və bir-birimizə qarşı olan hörməti itirməmişik. Onunla eyni komandada olduğum üçün sevincliyəm. Ümid edirəm ki, növbəti yarışlarda işlərimiz daha yaxşı gedəcək”.