F-1.az xatırladır ki, Ferrari mövsümün ilk iki Qran Prisində sıralanma turunda fiaskoya uğramışdı. Lakin “qırmızılar” Macarıstandakı sıralanma turunda üçüncü cərgəni tutublar.
Sebastyan Fettel: “Keçən həftəyə nisbətən daha güclüyük. Bu mövsüm ilk dəfə iki maşınla son sessiyaya qaldıq. Avstriya trası bizim maşınçün uyğun deyildi. Düzlüklərdə çox itirirdik. Burada isə döngələr bizə kömək edir.
Bolid daha balanslıdır. Rəqiblərimizə daha yaxınıq. Bu, yaxşı haldır. İndi isə sabahkı yarışa hazırlanmalıyıq. Soft təkərlə start alacağıq. Bizi çətin yarış gözləyir”.