F-1.az xatırladır ki, Ferrari, Red Bull və Mercedes yeni mövsümün əsas favoritləri sayılsalar da, avstriyalılar ilk 4 yarışdan sonra cəmi bircə dəfə hər 2 sürücüsü ilə də finişə çata biliblər.
Amma Red Bull-un hərtərəfli yeniliklər edəcəyini artıq hamı bilir.
Sebastyan Fettel: “Mercedes ilə aramızda sıx yarış olacaq. Ümid edirəm ki, Red Bull da güclənər. Onların yenilikləri ilə bağlı çoxlu şaiyələr var. Onlar güclü komandadırlar və sürətli bolid düzəltməyi bilirlər. Buna görə də onların sürətlənməsi ehtimal deyil, sadəcə vaxt lazımdır. Bunu nə qədər tez etsələr, bizim üçün həyəcanlı olar.
Əminən ki, doğru işçilərə və avadanlıqlara sahibik. Buna görə də inkişaf edəcəyik. Görək rəqiblərimiz nə edəcək?”.