S.Fettel razıdır, amma…

Ferrari komandasının sürücüsü Sebastyan Fettel sıralanma turundan sonra performansından razı olduğunu deyib.

F-1.az xatırladır ki, İspaniya yarışına Mercedes komandasının sürücüləri ilk cərgədən başlayacaqlar. Fettel isə yarışa onların arxasında – 3-cü yerdən start verəcək.

Sebastyan Fettel: “Gərgin həftəsonudur. Üçüncü olduğum üçün xoşbəxtəm. Sabah qələbə üçün mübarizə apara bilərik. Yarışmaq üçün səbirsizlənirəm. Yeni detallar və yeni mühərrik gətirdik. Hər şey yaxşı işləsə də, istədiyimiz səviyyədə deyilik. Amma komandada hamı əlindən gələni edir. Dünən və bu gün çoxlu yeni detal sınaqdan keçirdik. Boliddən maksimumu alsaq da, bəs eləmədi.

Buraya gələndə Mercedes-dən bu qədər geridə qalacağımızı düşünməmişdik. Amma son sektorda çox vaxt itiririk. Düzlüklərdə sürətliyik, amma son sektorda düzlük olmadığı üçün yaxşı nəticə göstərə bilmirik. Üçüncü sektor çox uzun deyil. Yavaş döngələrdən ibarətdir. Hazırda o tərz döngələrdə çox vaxt itiririk”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*