S.Fettel radio danışığına izahat gətirib

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel sıralanma turunun sonunda radio danışığının mənasını deyib.

F-1.az bildirir ki, dördqat Dünya Çempionu Suzukadakı sıralanma turunda 9-cu olduqdan sonra radiodan “Yaxşı sessiya idi. Həzz aldım. Bu tras digərlərindən fərqlənir. Arigato gozaimasu Suzuka. Təşəkkür edirəm. Bura üçün darıxacam” demişdi.

Sebastyan Fettel: “Sıralanma turundan həzz aldım. İkinci sessiyaya qalmaq üçün çox işlədik və sonra son sessiya üçün mox işləməli idik. bizim üçün əla gün idi.

Burada mənə çox dəstək olurlar. Bu əladır. Pozitiv enerji var. Geri döndüyümüz üçün çox sevinirlər. Tribunada çoxlu Almaniya bayrağı var idi. Mən də təşəkkür etdim. Hər şey spontan oldu. Azarkeşlərə təşəkkür etmək üçün əla yer idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*