F-1.az xatırladır ki, 35 yaşlı pilot 16 illik karyerası ərzində 53 yarış, 4 Dünya Çempionluğu qazanb.
Sebastyan Fettel: “Çox şeyi sevirəm! Əvvəllər gənc olduğum üçün bunu başa düşmürdüm, amma gördüyü işi sevən insanlarla işləmək fürsətim oldu. On il əvvəl düşünürdüm ki, hamı belə yaşayır, amma sonradan gördüm ki, elə deyil. Əksər insanların belə ayrıcalığı yoxdur. Bu illərdən çox şey öyrəndim.
Növbədə nə var bilmirəm. Formula1-i sevsəm də, təqaüdə çıxacağımı açıqlayandan sonra çiynimdən yük götürüldü, çünki ağlım burada qalırdı. İndi isə uşaqlarımla vaxt keçirmək üçün səbirsizlənirəm. Ailəmin yanında olmaq istəyirəm”.