S.Fettel: “Qəzada Ferstappen günahkar idi”

F-1.az xatırladır ki, Sebastyan Fettel Belçika Qran Prisinin startında ilk döngədə komanda yoldaşı Kimi Rəykkönenlə təmas yaşayaraq yerində fırlanmış, həm özünün, həm də Rəykkönenin yer itirməsinə səbəb olmuşdu.

Ferrarri-nin dördqat dünya çempionu olan sürücüsü bu qəzada Maks Ferstappeni günahkar hesab edir.

Sebastyan Fettel: “Önümdəkilərdən yaxşı start aldım. İkinci yerdə idim. Niko öndə idi və mən onun arxasında çöldən döngəyə girəcəkdim. Kimini çətinliklə görürdüm, çünki bir qədər irəlidə idim. Maks startda 2 yer itirmişdi və bu yerləri bərpa etmək üçün içəri tərəfdən dönməsi cəsur həmlə idi. Amma buna görə Kimi dönə bilmədi.

Məsələ burasındadır ki, o döngədə 3 maşının yanaşı dönməsi mümkün deyil. İç tərəfdə olanlar çöl tərəfdəkilər üçün problem yaradır və Kimi ilə məhz buna görə toqquşduğumuzu düşünürəm”.

Ferstappen yarışın gedişində də Rəykkönen ilə insident yaşamışdı. Fettel onun Belçikada heç də yaxşı yarışmadığını düşünür: “Onunla münasibətimiz yaxşıdır. Aqressiv sürücüdür. Bu, onun güclü tərəfidir. Lakin xüsusilə əylənmə anlarındakı bəzi hərəkətləri düzgün deyil. Bunu düzəltməlidir. Bu gün o da, biz də çox vaxt itirdik. Mənimlə olan mübarizəsində də 3-4 saniyə itirdi. Ondan aşkar şəkildə sürətli idim və onu ötdüm.

Bu gün yaxşı çıxış etdik, maşının tempi yaxşı idi. Startda maşınım zədələnmişdi. Kiminin maşınında da zədə var idi. Bütün bunlar əsl gücümüzü göstərməyimizə mane oldu, lakin vəziyyəti düzəldəcək qədər sürətli idik. O hadisələr baş verməsəydi, hər ikimiz podiumda ola bilərdik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*