F-1.az xəbər verir ki, Eddi Cordan alman sürücü üçün Serxio Pereslə yolları ayırmamağı məsləhət görsə də, Racing Point bu keçidi reallaşdırmaqda qərarlı görünür. Auto Bild nəşrinin məlumatına görə, komanda Fettelə müqavilə təklif edib və hər şey sürücünün qərarından asılıdır.
Bildirilir ki, Sebastyan 31 iyula qədər verməlidir. Şayiələrə görə, komandanın Serxio Peres ilə müqavilənı vaxtından əvvəl ləğv etmək imkanı məhz bu tarixdə başa çatır. Fettel müsbət cavab verərsə, artıq Silverstoundakı həftəsonundan etibarən onun gələcəyi ilə bağlı söz-söhbətlər sonlanacaq…