F-1.az xatırladır ki, FİA sürücülərin başını qorumaq üçün fərqli ideyalardan istifadə edir. Keçən il Halo və AeroScreen sistemləri sınaqdan keçirilsə də, hər ikisi sonradan rədd edilmişdi. Bu il isə yeni Qalxan sistemi kəşf edilib və bunu ilk olaraq Ferrari komandasından Sebastyan Fettel test edib: “Birinci sərbəst yürüşlərdə qalxanı sınadıq və bir az başım hərləndi. Uzağı görmək problem idi. Bir neçə dövrə də vurmaq istəyirdik, amma sistemi bəyənmədiyim üçün komandanın çıxarmasını istədim. Hazırda hazır olduğunu düşünmürəm. Bolidə minmək və düşmək çətinləşib. Bunu da həll etmək lazımdır. Bəlkə istifadə edə-edə öyrəşərik.
Bu gün istədiyim kimi dövrələr vura bilmədim. Yeni mühərriyin bizə kömək etməsini gözləyirik. Sabah hər şeyi daha dəqiq görəcəyik. Burada sürmək həmişə həzz verib və gözəl nəticə almaq istəyirik”.