F-1.az xatırladır ki, yeni asfalt qatına görə tərkibi dəyişdirilmiş bu təkərlər ən çox Ferrari-nin performansına təsir etmişdi.
Sebastyan Fettel: “Eyni problemlərin yaşanmasını gözləmirəm. Çünki bunun səbəbini Barselona yarışından sonrakı ikigünlük testlərdə anladıq. Problem səhv sazlanmada idi. Təzə təkərlərə görə fərqli sazlanma yoxlamışdıq və bu, səhv idi. Pol Rikarda bu problemi həll edəcəyik”.