S.Fettel: “Problem səhvlər deyil, güclü maşındır”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, səhvləri azaltmaqdansa, sürətli maşın düzəltməlidirlər.

F-1.az xatırladır ki, Fettel 2018-ci ildə çoxlu səhv edərkən, Ferrari komandası da bir neçə dəfə strateji səhvlərə yol vermişdi.

Sebastyan Fettel: “Daha güclü paketə ehtiyacımız var. Bu il yaxşı anlarımız oldu. Amma bəzi yarışlarda çox güclü deyildik. Buna görə də sürətli maşın çox vacibdir. Çox işləyirik və çempion olmaq üçün motivasiyamız var.

Sıralanma və ya yarışa baxanda ilk bizi görürsünüz, amma bizim yarışı bitirməyimiz üçün arxa planda çoxlu adam işləyir. Onlar nə qədər yaxşı işləsələr, o qədər yaxşı nəticə qazanarıq. Buna görə də Lyuisin son 5 ildə mükəmməl olduğunu demək yersizdir. O, Formula1-ə gələndən elədir. Mercedes komanda olaraq daha yaxşı iş görür. Belə güclü komandanı udmaq çətindir, amma hədəfimiz budur. Bu il son yarışa qədər mübarizə aparmaq üçün gücümüz yox idi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*