S.Fettel: “Poul mümkün idi”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel vətənindəki yarışa sonuncu yerdən başlayacağı üçün məyusdur.

F-1.az xatırladır ki, almaniyalı sürücü turbo probleminə görə sıralanma turunda heç bir nəticə göstərə bilməyib.

Sebastyan Fettel: “Özümü boşluqda hiss edirəm. Məyus edici haldır. Xüsusən də, bolid güclü olarkən. Cümə günü özümü yaxşı hiss edirdim. Amma hər şeyi bir araya gətirə bilmədik. Poul mümkün idi. Bolidə yeniliklər gətirmişdik və güclü idi. Lakin alınmadı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*