S.Fettel: “Pis yerdə axşamladıq”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, təkərinin partlamasına görə heç kəsi günahkar saymır.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışın startında Ferstappenin gerisinə düşərək, orada dəyərli vaxt itirib. Lakin dördqat Dünya Çempionu pit-stopdan sonra hollandiyalı sürücünü qabaqlayaraq 3-cü yerə yüksəlsə də, yarışın sonunda Bottasa keçilərək, yenidən 4-cülüyə geriləyib. Amma Fettelin bəxtsizlikləri bununla bitməyib. Yarışın bitməsinə iki dövrə qalmış 30 yaşlı sürücünün ön sol təkəri partlayıb və nəticədə yarışı 7-ci yerdə bitirməli olub.

Sebastyan Fettel: “Yaşanan hadisələrə görə heç kimi günahlandırmaq istəmirəm. Kimi və mən heç nə anlamadan təkərlərlə bağlı problem yaşadıq. Onun təkərləri mənimkinə nisbətən 5-6 dövrə təzə idi. Yəni ki, bizim üçün çox pis sürpriz oldu. Bolidimiz bu gün yaxşı idi. Yoxsa nəticə daha pis ola bilərdi. Döngələrdə sürətli idik, amma Mercedes bu gün daha güclü idi və qələbəyə layiq idi.

Yarışın əvvəlində əyləclər yandı və startda istədiyim kimi yerimdən tərpənə bilmədim. Ferstappenin gerisinə düşdüm. Ondan sonra işlər pisləşdi. Strategiya hesabına yarışı 2-ci və 4-cü yerlərdə bitirməyi düşünürdük, amma olmadı. Valtterinin məni ötməsini gözləyirdim. Çünki Ferstappenin arxasında çox vaxt itirdim. İndi isə Macarıstan yarışını gözləyəcəyik. Ümid edirəm ki, orada yenidən qələbə qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*