S.Fettel: “Pirelli-nin yağış təkərlərinə güvənmirik”

Sebastyan Fettel Britaniya yarışında startın təhlükəsizlik avtomobilinin arxasında verilməsini dəstəkləyib və əlavə edib ki, buna görə Pirelli-nin yağış təkərlərini tənqid etmək lazımdır...

F-1.az xatırladır ki, sürücülərin çoxu yarışdan sonra startın təhlükəsizlik avtomobili arxasında verilməsini tənqid etmişdi.

Sebastyan Fettel: “Komandalar və sürücülər olaraq Pirelli-nin yağış təkərlərinə güvənmirik. Yarışın təhlükəsizlik avtomobili arxasında başlanması labüd idi. Mən normal startı seçərdim. Belə olan halda, bir neçə rəqibimi keçə bilərdim. Amma Formula1 idarəçiləri düzgün qərar verdilər. Yağış təkərləri istənilən performansı vermir və bu şəraitdə yarışmaq təhlükəlidir.

Bəzi yerlərdə su çox yığılmışdı və buna baxmayaraq, keçid təkərləri daha sürətli idi. Riskli qərar idi, amma doğrusu bu idi. Təhlükəsizlik avtomobili trasda çox qaldı. Strategiya fərqləri aradan qaldırıldı. Hamı eyni anda keçid təkərlərinə keçdi və bu da heç bir şeyi dəyişdirmədi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*