S.Fettel özünü yaxşı hiss etmir

Ferrari komandasının sürücüsü Sebastyan Fettel boliddə özünü yaxşı hiss etmədiyini deyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Avstraliyada cümə gününü lider Həmiltonun 0,8 saniyə gerisində bitirib.

Sebastyan Fettel: “İlk gün əyləncəli idi. Tempimiz arzuladığımız kimi olmasa da, cümə günündəyik. Buna görə də qorxusu yoxdur. Hamıda olduğu kimi çətin, gün idi. Bolidin hissiyatı və idarəedilməsi istədiyimiz kimi deyil. Ümid edirəm ki, sabah daha yaxşı olar və bolidə güvənərik.

Bolid testlərdəki ilə eynidir, amma eyni performansı göstərmir. Ancaq biz problemləri anlamağa çalışacağıq. Lakin hər şey yaxşıdır və daha da təkmilləşdirə biləcəyimiz sahələr var. Sabah daha yaxşı nəticələr göstərməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*