F-1.az xatırladır ki, almaniyalı sürücü qış testlərində gözəl performans göstərib və uzun məsafə qət edib. 29 yaşlı sürücü testlərin yekununda ikinci yeri tutub.
Sebastyan Fettel: “Sözün açığı, sürücülərin gözü ilə baxanda, hər şey gözəlləşib. Əylənmələr, döngədəki sürətimiz və asfaltla ilişməmiz daha yaxşıdır. Yeni qaydalar bir aspirin kimi hər şeyi yaxşılaşdırdı. Bolidlər gözəl və aqressiv quruluşludur. Elə bil ki, bir canavarla yarışıram.
Testlərdə yaxşı işlədik. Amma bunlar aldadıcı ola bilər. Əsl sıralanmanı Melburnda görəcəyik. Oraya gedənə qədər görüləcək çox işimiz var. İşləməyə davam etməliyik. Qışda boş dayanmadıq və çox sahədə təkmilləşdik. Amma siyahıda görüləcək işlər çoxdur. Vaxt itirmədən onları həyata keçirməli və mövsümə güclü formada başlamalıyıq”.