F-1.az xatırladır ki, Liberty Media düzülüşdəki qızları uşaqlarla əvəz etmişdi. Bundan başqa yarışlar da artıq 10 dəqiqə gec başlayır.
Sebastyan Fettel: “Mən, deyəsən, konservativ insanam və bu cür yeniliklərə qarşıyam. Səbəbini anlamıram. Təbii ki, mən mütəxəssis deyiləm, amma dəyişikliklər mənə məntiqli gəlmir. Yarışların gec başlamasını anlamadım. Bundan başqa düzülüşdə qızların olmaması məyusedicidir. Bunlardan başqa heç nə dəyişməyib. Sürüş cəhətdən dəyişiklik yoxdur. Amma iki dəyişiklik mənə qəribə gəldi”.