S.Fettel: Özümü çarəsiz hiss edirəm

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, özünü çox çarəsiz hiss edir.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən həftə Britaniya yarışında zəif performans göstərmiş və üçüncü olmuşdu. Amma dördqat Dünya Çempionu Yubiley Qran Prisində də problemlər yaşamağa davam edib və sıralanma turunda 12-ci yeri tuta bilib.

Sebastyan Fettel: “Mən həmişə pozitivəm. Əlimdən gəldiyi qədər özümü rahatlatmağa çalışıram. Buna görə də yarışda daha yaxşı nəticəyə ümid edirəm. Amma deyəsən real performansımız budur. Çox şey sınasaq da, təkmilləşə bilmədik. Buna baxmayaraq, dövrələrimdən razıyam. Karyeram ərzində bundam pis dövrələr atdığım olub. Səhv etmədiyimçün xoşbəxtəm.

Komanda tərifə layiqdir. Bu həftə bolid keçən həftəyə nisbətən yaxşı işlədi. Amma maşında özümü çarəsiz hiss edirəm. Elə bil bir divara qarşı mübarizə aparıram. 12-ci olmaq və Şarldan bu qədər geri qalmaq məni məyus edir. Amma əlimdən gələni edirəm. Rəqiblərimiz bizi məğlub etdi. Yarışda xallar qazanmaq üçün əlimdən gələni edəcəm. Bu trası çox sevirəm. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*