S.Fettel: “Özümə görə məyusam”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Belçika yarışında komandasına xidmət etməkdən başqa şansı olmayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü pitə tez girərək Medium təkərlərə keçmiş və təkərləri yeyildikdən sonra Lekleri buraxıb. Bundan sonra arxasındakı Həmiltonu saxlayan Fettel komandasının mövsümdəki ilk qələbəsinə kömək edib.

Sebastyan Fettel: “Komandaya görə xoşbəxtəm. Özümə görə isə məyusam. Tempim yox idi. Təkərlərlə işləyə bilmirdim. Çox vaxt belə problemlərim olmur. Çətin yarış idi. Tək edə biləcəyim komanda üçün işləmək idi. Döngələrdə problem yaşayırdım və buna görə də Həmilton yaxınlaşdı. Onu arxamda çox tuta bilmədim. Şarlın fərqi artırması üçün əlimdən gələni etdim və işi bitirdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*