F-1.az xatırladır ki, Fettel yarışın 48-ci dövrəsində tras xaricinə çıxıb və geri dönən zaman Həmiltonu divara sıxdığı üçün 5 saniyə cəza alıb. Buna görə də finiş xəttini birinci yerdə keçdiyi halda, ikinciliyə razı olub. Fettel yarışdan sonra bolidini pit girişində saxlayıb və birbaşa komandanın boksuna yollanıb. Lakin daha sonra FİA-nın çağırışı ilə podiuma gəlib.
Sebastyan Fettel: “Heç bir mərasimə qatılmaq istəmədim. Əsəbi və məyus idim. Səbəbini hamı bilir. Lakin Həmilton və Leklerə hörmət etdiyim üçün podiuma gəldim. Sözün açığı, istədiyim yerdə deyiləm. Podiuma gəlmək istəməsəm də, orada olmalı idim”.