F-1.az xatırladır ki, əsas favoritlərdən sayılan almaniyalı sürücü Avstraliyada sıralanma turunun qalibi Həmiltondan 0.7 saniyə geri qalaraq, 3-cü olub.
Sebastyan Fettel: “Sevinməliyik. Dünən boliddə özümü yaxşı hiss etmirdim, amma hazırda daha yaxşıdır. 13-cü döngədə səhv etdim və vaxt itirdim, ancaq yenə də fərq böyük idi. Bəlkə, ikinci ola bilərdim, lakin Lyuisi keçmək çətin olardı. Sabah nəticələr daha yaxın olacaq. Onların şənbə günü sürətli olduğunu bilirik. Bazar günü fərq bağlanır. Ötmə etmək çətin olsa da, gözəl startla hər şey dəyişə bilər. Komanda adına sevincliyəm, çünki gözəl başladıq”.