S.Fettel: “Nəticələr real deyil”

Ferrari Braziliyada cümə gününü Mercedes, Red Bull və Williams komandalarının gerisində başa vurub. Amma Fettel bu nəticələrin reallığı əks etdirmədiyini bildirib.

F-1.az xatırladır ki, Ferrari sürücüləri hər iki sərbəst yürüşdə də pis nəticə göstəriblər və ən sürətli 4-cü komanda kimi görünüblər.

Sebastyan Fettel
: “Sessiyanın nəticələrini dəyərləndirmək çətindir, amma boliddə özümü yaxşı hiss etmirəm. Nəticələr həmişəkindən daha sıxdır. Sabah nəticələr bugünkü kimi ola bilər və buna görə də çox işləməliyik.

Sessiya ərzində təkərlərlə bağlı çoxlu problem var idi. Asfaltla ilişmə zəif olduğu üçün öndən və arxadan sürüşmələr yaşadım. Ritm tutmaq çətin idi. Amma yarış tempində sürətli idik. Bolidin performansı bizi cəsarətləndirdi.

Zaman nəticələrinin reallığı əks etdirdiyini zənn etmirəm. Amma şənbə günü rəqiblərimizin gücü necə olacaq – maraqlıdır. Cümə günü daha az güc ilə yarışırsınız. Hamının özünə aid proqramı var. Bəlkə də Williams doğrudan da çox güclüdür. Nəsə demək çətindir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*