S.Fettel nədən şübhələnir?

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Mercedes və Red Bull-un yarış tempindəki nəticələri aldadıcıdır.

F-1.az xatırladır ki, yarış tempində edilən testlərdə Mercedes ən sürətli komanda təəssüratını yaradıb.

Sebastyan Fettel: “Mercedes və Red Bull yarış tempində işləyərkən ancaq Medium təkərlərdən istifadə etdilər. Yarışda belə edə bilməzlər. Strategiya hər şeyə təsir edə bilər. SF71H-ın təməli yaxşıdır. Komandamıza güvənirik. Maranellodakı uşaqlar var qüvvələri ilə işlərinə fokuslanıblar. Biz də uzun məsafə – 4323 km qət etdik. Bir gündə 188 dövrə vurdum və bu da 875 km deməkdir. Ümumilikdə isə 3000 km qət etmişəm. Boliddə böyük problemlə qarşılaşmadıq. Avstraliyada yarışmaq üçün səbirsizlənirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*