F-1.az xatırladır ki, almaniyalı sürücü Fransadakı sıralanma turunda son cəhdlərində səhv edərək 7-ci ola bilib.
Sebastyan Fettel: “Son sessiyadakı ilk cəhdimdə nə baş verdiyini bilmirəm. Amma sürətimi itirdim. Buna görə də dövrəni bitirmədim. Bəzi dövrələrdə özümü yaxşı hiss etsəm də, bəzi dövrələrdə razı deyildim. Boliddən maksimumu almaq mümkün deyildi. Bizim üçün çətin idi. Nəticə gözlədigimiz kimi olmadı. Amma yarış yaxşı olacaq. Red Bull-la mübarizə apara bilərik”.