S.Fettel: “Nə olduğunu anlamadım”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, startdakı insidentin səbəbini anlamayıb və hər şey çox sürətli baş verib.

F-1.az xatırladır ki, almaniyalı sürücü startda Ferstappenin önünü bağlamaq istəyərkən, hollandiyalı sürücü ilə təmas yaşayıb və 20 yaşlı sürücü Rəykkönenə çırpılıb. Bundan sonra isə finlandiyalı sürücü Fettelə çırpılaraq, həm özünün, həm də komanda yoldaşının yarışını bitirib.

Sebastyan Fettel: “Startdan sonra heç nə görmədim. Maks yanıma gəlirdi və onun önünü bağlamaq istəyəndə Kiminin mənə çırpıldığını gördüm və yarış orada bitmişdi. Vəziyyət belədir və artıq bu barədə düşünməyin heç bir faydası yoxdur. Artıq növbəti yarışlara fokuslanıb əlimizdən gələni etməliyik. Bunu xəyal etmirdik. Bir az acınacaqlı vəziyyətdir, çünki tempimiz yaxşı idi və qalib gələ bilərdik. Əlimizə çox fürsət düşəcək. Təslim olmamalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*