S.Fettel narahat deyil

Ferrari komandasının sürücüsü Sebastyan Fettel çempionatda liderliyi itirsə də, məyus deyil.

F-1.az xatırladır ki, almaniyalı sürücü Azərbaycan Qran Prisindən əvvəl ən yaxın izləyicisi Həmiltonu 9 xal qabaqlasa da, Bakıdakı yarışdan sonra əzəli rəqibindən 4 xal geri qalıb.

Sebastyan Fettel: “Düzünü desəm, Bakıda çox çətinlik çəkdim. Özümün və bolidin performansını ortaya qoymaq çətin idi. Nəticələr heç bir şeyi dəyişmir. Bizim güclü bolidimiz var və narahat deyiləm. Bu il keçən ildən fərqli olaraq sıralanma turunda güclüyük. Amma idmanda belə hallar olur. Güclü bolidimiz var və bu vacibdir. Hər yarış təkmilləşməliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*