F-1.az xatırladır ki, ikinci sessiya başlayandan 20 dəqiqə sonra Fettel son döngələrdə yerində fırlanıb. Almaniyalı sürücü pitə qayıda bilsə də, bir dəst təkəri itirib.
Sebastyan Fettel: “Nahardan sonra sessiya bərbad keçdi və asan deyildi. Amma bolidimiz sürətlidir və narahat olmağa dəyməz. Yeganə sürətli dövrəmi UltraSoft təkərlərlə vura bildim. Sessiyanın əvvəlində riskə gedərək səhv etdim. 19-cu döngədə bolidin arxasını itirdim və bu, mənim səhvim idi. Buna görə də bir dəst təkəri itirdik. Sessiyanın sonunda isə bolidimdə bəzi şeylər düz getmirdi. Yoxlamaq üçün pitə gəlsək də, heç nə tapa bilmədik. Daha sonra yenidən trasa çıxdıq. Çox vaxt itirdik. Sabah daha çox sürməyi və daha az problem yaşamağa ümid edirik.
Mercedes-lə trasda mübarizə apara bilərik, amma cümə günü boksda daha çox qaldıq. Mən az dövrə vurdum. Sürətli dövrəm də çox yaxşı deyildi. Bunu inkişaf etdirə bilərik. Mercedes bizdən səmərəli gün keçirdi. Kiminin hesabına məlumat toplaya bildik”.