F-1.az xatırladır ki, almaniyalı sürücü yarışın startından sonra Rəykkönen, Stroll və Okonu keçsə də, hər iki Mercedes sürücüsü ilə də eyni tempi turuzdura bilmədi. Beləliklə, Fettel bu mövsüm ilk dəfə çempionatın liderliyini itirdi.
Sebastyan Fettel: “Bu gün istədiyimiz nəticəni qazana bilməsək də, fanların dəstəyinə görə yarışdan həzz aldım. Startda ləngidim və yer qazana bilmədim. Daha sonra öndəkiləri keçsəm də, ona qədər Mercedes fərqi artırmışdı. Onlara çatmaq mümkünsüz idi. Gözəl ötmələr etdim və bu mənim üçün çox vacib idi. Bolidimiz hələ də çox güclüdür və növbəti yarışlar üçün narahat deyiləm. Növbədə 7 yarış var və hər şey ola bilər. Buraya bizi dəstəkləmək üçün gələn bütün fanlara təşəkkür edirəm”.