S.Fettel narahat deyil

Sebastyan Fettel Bəhreyn yarışının qızdırma dövrəsində mühərrik probleminə görə yarış xarici qalıb. Bu problemə baxmayaraq, almaniyalı sürücü narahat deyil...

F-1.az xatırladır ki, Sebastyan Fettel sıralanma turunda 3-cü yeri tutmuşdu və hamı düşünürdü ki, almaniyalı sürücü yarışda hər iki Mercedes AMG sürücüsünə başağrısı olacaq. Amma almaniyalı sürücü yarışın isinmə dövrəsində mühərrik probleminə görə yarışı dayandırmalı olub.

Bunlara baxmayaraq, Fettel nikbin danışıb və bildirib ki, onlar mövsümöncəsi testlərdə yaşadıqları etibarlılıq problemlərini artıq həll ediblər: “Yarışa başlaya bilməmək yaxşı hal deyil. Qış aylarında bəzi problemlərimiz oldu və biz çox işləməli olduq. Bir neçə ay əvvələ nisbətən yaxşı vəziyyətdəyik və yarışı dayandırmağım təkcə məni yox, bütün komandanı təəccübləndirdi”.

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, onlar Fettelin bolidini təhlil edəcəklər və yarışı nəyə görə dayandırdığını öyrənəcəklər. Arrivabene əlavə edib ki, Fettelin yaşadığı problemlə Kimi Rəykkönenin keçən yarışda yaşadığı problem eyni deyil: “Biz düşünürük ki, mühərriyin klapanlarından və ya injektorlarından birində problem olub. İki sürücümüzün yaşadığı problemlər bir-birindən fərqlənirlər. Avstraliyadakı problemimizi turbin idi.

Biz problemin injektora və ya başqa bir detala görə əmələ gəldiyini düşünsək də, mühərriyi analiz edəndən sonra həqiqəti biləcəyik. Onda biz biləcəyik ki, narahat olmalıyıq, yoxsa olmamamlıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*