F-1.az xatırladır ki, almaniyalı sürücü ən taxın rəqibi Lyuis Həmiltona 0.18 saniyə fərq ataraq, poul qazanıb. Beləliklə, Ferrari 2007-ci ildən sonra ilk dəfə ard-arda 3 dəfə birinci yerdən start alacaq.
Bundan başqa, Formula1 tarixində ilk dəfə olaraq iki dördqat Dünya Çempionu yarışa ilk cərgədən başlayacaqlar.
Sebastyan Fettel: “Mükəmməl dövrə idi. Bolid sıralanma turunun ilk iki mərhələsində güclü idi. Bilirdim ki, istədiyimi edə bilərəm. İlk dövrəmdə gözəl iş gördüm, amma inkişaf edə biləcəyim sahələr var idi. Bilirdim ki, trasın vəziyyəti düzələcək. İlk sektorda bir az uduzdum. Daha sonra təkərlərim kilidləndi. Lakin poul qazandığım üçün çox xoşbəxtəm.
İlk döngəyə girmək çətin olacaq. Lakin startda düzlük uzun deyil və burada çox şey ola bilər. Təhlükəsizlik maşını çıxa bilər və buna hazır olmalıyıq. Dünən bir problem var idi və bolidə güvənə bilmirdim. Doğru sazlanmaları tapa bilmədik, ancaq hər şeyi bir araya gətirərək, poul qazandıq. Nəticədən razıyam!