S.Fettel mühərrik problemi yaşayıb

Ferrari komandasının sürücüsü Sebastyan Fettel motorla bağlı problemə görə sıralanma turunun son sessiyasında trasa çıxa bilməyib.

F-1.az xatırladır ki, mexaniklər Avstriyadakı sıralanma turunun ikinci sessiyasında Fettelin bolidi üzərində işləməyə başlayıblar. Hamı son sessiyada dövrələr vurarkən dördqat Dünya Çempionu boksda qalıb və sessiya bitmədən boliddən düşməli olub.

Ferrari komandası bu barədə açıqlama verib və bildirib ki, mühərriyə gedən hava təzyiqi ilə bağlı problem yaşayıblar. Problemi həll etmək üçün mühərrikdə hansı dəyişikliklərin ediləcəyi bilinmir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*