F-1.az xatırladır ki, almaniyalı sürücü Avstriyada sonuncu sərbəst yürüşlərdə 1-ci olsa da, sıralanma turunda Valtteri Bottasdan sonra 2-ci yeri tutub.
Sebastyan Fettel: “Son dövrəm poul üçün yetərli deyildi. Lakin xoşbəxtəm. Son cəhdimdə yaxşı dövrə vurmaq istəsəm də, çətin idi. Daha sonra sarı bayraqlar çıxdı. Daha yaxşı nəticə mümkün idi. Burada poul qazana bilməmək məyusedicidir. Amma yarış uzundur və hər şey ola bilər. Mercedes-ə diqqət etməliyik. Valtterini məğlub etmək asan olmayacaq. Həftəsonunu başlayandan sürətli idi. Qəribə mübarizə izlədik. Valtteri güclü olacaq. Bizim son sessiyadakı performansımız da əla idi. Dünəndən etibarən bolidi təkmilləşdirə bilmişik. Ümid edirəm ki, yarışda da buna davam etdirərik. Sabah yağış yağa və işlər qarışa bilər. Əgər yağış yağsa, müəmmalı yarış olacaq. Görək nə olur”.