S.Fettel: Monakoda şansınız olur

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, performansından razıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 8-ci yerdən başlada da, düzgün taktika və öndə iki nəfərin mübarizəni dayandırması ilə finişə 5-ci yerdə çatıb. Beləliklə, dördqat Dünya Çempionu keçən ilin Türkiyə yarışından sonra ilk dəfə xal qazanıb. Bu, həm də Fettelin yeni komandası Aston Martin-lə ilk xallarıdır.

Sebastyan Fettel: “Hər iki bolidlə də xallar aldıq və buna görə sevinməliyik. Buna ehtiyacımız var idi. Bizim üçün çətin start oldu. Keçən il mövsümə yaxşı başladığımız üçün bizdən gözləntilər də çox idi. Lakin hər yarışdan yaxşı nəticə gözləmək olmaz. Monako xüsusi yerdir və burada əlavə performans göstərmək mümkündür. Bu həftəsonu belə etdik.

Startda ehtiyatlı idim. Gec pit-stop bizə üstünlük qazandırdı. Komanda burada əla işlədi. Bunun hesabına iki yer qazandım və 5-ci oldum.

Pit-stop gözəl idi. Çıxışda Pyerlə yan-yana gəldik. Təpəyə çıxanda onu görmədim. Əvvəl gördüm, sonra hara yoxa çıxdı bilmirəm. Elə bil yoxuşu çıxmaq yarışı idi. Ona birmaşınlıq yer qoydum. Lakin sonda ayağını qazdan götürməli oldu”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*