F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa axırıncı yerdən başlayıb və uzun müddət trafikdə qalıb. Buna baxmayaraq, xal almaq üçün şansı olub. Lakin Mik Şumaxerlə 9-cu yer uğrunda mübarizədə hər iki sürücü təmas yaşayıblar. Nəticədə dördqat Dünya Çempionu xalsız qalıb.
Sebastyan Fettel: “Nə baş verdiyini bilmirəm. Təmas etdiyimiz üçün xalsız qaldıq və heyif oldu. Daha yaxşı nəticə mümkün idi. Güzgülərimdə Mikə nəzarət edirdim.
İkimiz üçün də axmaq təmas idi. Deyiləsi sözüm yoxdur. Elə bilirdim ki, döngədə öndə olan tərəf mənəm. Onun elə hücum edəcəyini gözləmirdim.
Trasda ötmə etmək çətin idi. Təhlükəsizlik maşını bizə kömək etdi və səkkizincilik mümkün idi. Buna görə məyusam”.