S.Fettel: “Mexaniklərin işi inanılmaz idi”

Mühərrik probleminə görə sıralanma turunda sonuncu yeri tutan Sebastyan Fettel bildirib ki, komandanın gördüyü işə görə çox sevinclidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü 3-cü sərbəst yürüşlərdə mühərrik problemi yaşamış və sıralanma turuna qədər mexaniklər problemi həll edə bilmişdilər. Amma üçqat Dünya Çempionu trasa çıxdıqdan sonra turbin problemi yaşamış və dövrə vura bilməmişdi.

Sebastyan Fettel: “İlk sektordan sonra boliddə bütün gücü itirdim və pitə qayıtmalı oldum. Ondan sonra əlimizdən heç nə gəlmirdi. Daha sonra trasa çıxmağa hazırlaşarkən, telemetriya məlumatlarında bəzi şeylərin doğru olmadığını gördük və trasa çıxmaqdan imtina etdik. Bu gün boksdakı mühəndislər dəli kimi işlədilər və əllərindən gələni etdilər. Onların bu işlərinə baxmayaraq, nəticə göstərə bilmədiyim üçün məyusam. Sabah mənim üçün həyəcanlı yarlş olacaq. Sonuncu yerdən başlayıb, ötmələr etməyə çalışacam. Ən azından təkərləri qoruya bildik və sabah təhlükəsizlik avtomobili şansım ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*