F-1.az xatırladır ki, Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda Fettellə maraqlanmadıqlarını desə də, Mercedes Motorsport-un rəhbəri Toto Volff bunun tam əksini demişdi.
Sebastyan Fettel: “Sözün açığı, Mercedes komandasından bu cür açıqlamaların gəlməsi gözəldir. Birinin sizi istəməsi sevindirici haldır. Amma mən hazırda Ferrari komandasının sürücüsüyəm və burada yaxşı nəticələr almaq üçün əlimdən gələni edirəm. Bu cür xəbərlərlə diqqətimi dağıda bilmərəm. Əks halda, bazadakı işçilərə hörmətsizlik etmiş olaram. Məqsədim qırmızı boliddə Dünya Çempionu titulunu qazanmaqdır. Bundan başqa heç nə ilə maraqlanmaq istəmirəm.
Müqaviləm mövsümün sonunda bitir və bu barədə danışmaq üçün vaxtımız çoxdur. Narahat deyiləm”.