F-1.az bildirir ki, almaniyalı sürücü son sıralanma turunsa Mercedes-lərin tempinə cavab verə bilməyərək, 3-cü yerlə razılaşıb.
Sebastyan Fettel: “Getdikcə sürətlənirik. Sıralanma turu bizim üçün yaxşı keçdi. Təbii ki, o qədər geridə olmaq ürəkaçan deyildi. Lakin Valtteri möhtəşəm dövrə vurdu və poula layiqdir. Sabah maraqlı yarış gözləyirəm. Burada Mercedes-ə hücum etmək çətin olsa da, sınayacam. Artıq hər şey məlumdur və daha rahat olacağıq”.