S.Fettel: “Mercedes-ə çox yaxınıq”

Sebastyan Fettel düşünür ki, Mercedes və Ferrari arasındakı fərq görünəndən daha azdır.

F-1.az xatırladır ki, Mercedes ilk 5 yarışın 4-də qələbə qazandığı halda, Ferrari hələ də qalib gələ bilməyib.

Xatırladaq ki, Ferrari İspaniya QP-nin sıralanma turunda Red Bull-un gerisində qalmışdı və böyük ehtimalla qələbəni əldən vermişdi. Amma italyanların növbəti yarışlarda nə edəcəyi hamıya maraqlıdır.

Sebastyan Fettel: “Daha yaxşı vəziyyətdəyik. Sadəcə nəticələr hələ də bunu göstərmir.

Mercedes ilə aramızda fərqin olduğu reallıqdır. Amma bu fərq görünəndən daha azdır. Bir gecə içində dağları keçə bilməzsiniz.

Bəzən gözləntiləri artıqlaması ilə qarşılayırıq. Qələbə üçün bunu etməliyik. Əlimizdən gələn hər şeyi etməliyik.

Texniki problemlər bizə əngəl oldu. Bunu gözləmirdik.

Bəzi yeniliklər gözlədiyimizdən tez gəldi, amma sürətli olmaq üstünlük deməkdir. Hər şey mümkün olduqca sürətlə inkişaf etməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*