F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 3-cü yerdən başlayıb və hər dövrə Mercedes-in cütlüyündən təxminən 0.4 saniyə geridə qalaraq 3-cü olub.
Sebastyan Fettel: “Yarışın əvvəlində limitdə getdim. Yaxşı start alsam da, öndəkiləri ötəcək qədər mükəmməl deyildi. Sonra təkərlərim aşındı və fərqi artırmağa başladılar. Onlara qarşı əlimdən heç nə gəlmirdi. Pit-stopdan sonra bolid daha yaxşı idi. Amma bizə bəs etmədi. Valtterini təbrik edirəm. Onun adına sevinirəm. Bunu deməkdən nifrət etsəm də, Lyuis daha yaxşı mövsüm keçirdi və çempionluğa layiq idi. Sonda fanlara da təşəkkür edirəm. Bütün il ərzində bizə dəstək göstərdilər. Ümid edirəm ki, gələn il onları xoşbəxt edərik”.