F-1.az xatırladır ki, Fettel 3-cü yerdən başladığı yarışda əla start alaraq 2-ci yerə yüksəlmiş, hətta ilk döngədə yarışın lideri Niko Rosberqi də bir qədər sıxışdıra bilmişdi. Lakin yarışa uzun müddət 2-ci sırada davam edən alman sürücü bir pit-stop edən Lyuis Həmiltondan geri qalmış və yarışı 3-cü yerdə tamamlamışdı.
Sebastyan Fettel: “Yarışa yaxşı başladım. Lyuisi keçdim və ilk döngədə Niko ilə yanaşı idik. Ümid edirdim ki, o, əyləcə tez basacaq, lakin belə olmadı. Dördüncü döngəyə yaxınlaşdığımızda daha bir fürsət əldə edəcəyimə ümid edirdim, lakin belə olmadı. Kifayət qədər yaxın deyildik. Mercedes sürücülərinin sürəti bizim sürətimizdən çox idi. Bunu açıqca gördük. Amma buna baxmayaraq, Ferrari-ni dəstəkləyən çox saylı azarkeş üçün xüsusi gün oldu. Bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Ölkədə komandamıza bu qədər sevginin olduğunu görmək gözəldir”