S.Fettel: “Məqsədim hər yarışda Mercedes-ləri qabaqlamaqdır”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, əsas məqsədi qalan yarışlarda Mercedes sürücülərini qabaqlamaqdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü mövsümün ilk yarısında 4 dəfə qalib gəlib və sadəcə 3 yarışda podiumdan uzaq qalıb. Dördqat Dünya Çempionu çempionat başlayandan bəri liderliyi itirməyib.

Sebastyan Fettel: “Komanda bu il daha yaxşı vəziyyətdədir. Əgər yaxşı nəticələr qazanmaq üçün tempiniz varsa, bunu davam etdirmək sizin əlinizdədir. Doğru adamlarla işlədiyimizi bilirəm. Onlar bilirlər ki, güclü bolidi necə düzəltmək lazımdır. Bu il mühərriyi təkmilləşdirdik. Hər şey doğru yöndə gedir. Görək tətildən sonra necə olacağıq. Ümid edirəm ki, öndə olarıq və yaxşı xallar qazanarıq. Mercedes-in üstün olduğu bəzi traslar var. Bəzən geridə qalırıq, lakin zəif yönlərimizi bilirik. Trasdan-trasa dəyişməsi labüd olsa da, bunu istəmirik. Hər trasda güclü olmaq istəyirik və bunun üzərində işləyirik. Vaxtımız var”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*