F-1.az xatırladır ki, Rəykkönen sonuncu dəfə podiuma Avstriya, Fettel isə İtaliya yarışında çıxıb.
Sebastyan Fettel: “Əslində əvvəl necə iş görmüşüksə, elə də davam etməliyik. Bu cəhətdən geridə deyilik.
Sözün açığı, Ostində istədiyimiz tempdə deyildik. Yaponiyada sıralanma turunda qazandığımız yerləri itirməsəydik, 2 sürücü ilə də podiuma çıxa bilərdik. Xüsusən də, son 10 yarışda qeyri-stabil çıxış etdik. Amma hər hansı bir şeyi dəyişmək lazım deyil. Hazırda əlimizdəki bolidə sahibik. Bu həftəsonunun favoriti deyilik, amma buraya mübarizə aparmaq üçün gəlmişik. Həmişə qələbə və podium uğrunda mübarizə aparmaq şansımız var”.
Fettel qeyd edib ki, Meksikada ilk qələbələrini qazana bilərlər: “Bu trasda sürücülərin elə də çox təcrübəsi yoxdur. Keçən il burada performansımız yaxşı idi”.