S.Fettel: “Massa ikinci sinif sürücü olduğunu göstərdi”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Felipe Massa Soçidə yarışda Bottasa iki dəfə kömək edib.

F-1.az xatırladır ki, Fettel Rusiya yarışının son dövrəsində Bottasla fərqi bir saniyənin altına endirsə də, dövrəvi Massanı keçərkən səhv etmiş və finlandiyalı sürücü ilə fərqin açılmasına səbəb olmuşdu. Bundan sonra almaniyalı sürücü radiodan Massadan şikayət etmiş və cavabında braziliyalı sürücüdən, – “Fettel qız kimi ağlamağı sevir”, – eşitmişdi.

Sebastyan Fettel: “Massa mənə zərər verdi. Hər şeydən əvvəl son dövrədə Bottasa hava koridoru hədiyyə etdi. Mən isə DRS zonasında idim. Daha sonra da ona icazə verdi. Felipe açıq-aşkar ona iki dəfə yardım etdi. Ancaq ikinci sinif sürücülər həmişə belə edirlər.

Əvvəl bir az əsəbləşmişdim, amma Valtteri hər şeyə mükəmməl nəzarət etdi. DRS-dən istifadə etsəm də, onu keçə bilməzdim”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*