S.Fettel maşın satır

Sabiq Formula1 pilotu Sebastyan Fettel xüsusi avtomobillərindən olan Nissan GT-R Black Edition-u 250 min avroya satışa çıxarıb.

F-1.az bildirir ki, bu maşın 2012-ci ildə istehsal edilmiş və Fettel üçün Yaponiyadan İsveçrəyə göndərilmişdi. O gündən etibarən kolleksiyasını böyüdən almaniyalı sürücü bu yaxınlarda bəzi maşınlarını satmağa qərar vermişdi. Bunlardan biri də Nissan GT-R Black Edition-dur.

Maşın sadəcə 250 kilometr sürülüb. Bu isə o deməkdir ki, maşın 10 ildir ki, sürülməyib. Buna görə də təp-təzə Nissan GT-R istəyən bu fürsəti qaçırmamalıdır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*