F-1.az xatırladır ki, Markionne çempionluğun sürücü səhvləri üzündən getdiyini demişdi.
Sebastyan Fettel: “Məncə, dediklərində bir az haqlıdır. Həmişə daha yaxşı ola bilərdik, amma alınmadı. Mövsümə yaxşı başlasaq da, daha sonra işlər qaydasında getmədi və geriyə düşdük. Amma həmişə növbəti mövsüm var. Əlimizdən gələni edərək, gələn il daha güclü olmalıyıq.
Son iki yarışı da qazanmaq üçün tempimiz var. Bunları qazanıb gələn ilə yüksək əhval-ruhiyyə ilə başlamaq istəyirik. Artıq səhvə yer yoxdur”.