F-1.az xatırladır ki, Ferrari ilk 4 yarışdan sonra Mercedes-in arxasında qalmışdı və bundan sonra Markionne bildirimişdi ki, komandasından İspaniyada qələbə gözləyir və onlar buna layiqdirlər.
Sebastyan Fettel: “Onun bizimlə maraqlanması çox gözəldir və gözləntiləri də normaldır.
Markionne mətbuata müsbət yönlü açıqlamalar verir. Ferrari prezidentinin arxamızda olmasını görmək çox gözəldir”.
Fettelin komanda yoldaşı Kimi Rəykkönen də mövzü ilə bağlı açıqlama verib və bildirib ki, Mercedes onlardan qabaqda olsa da, onlar qələbədən uzaqda deyillər: “Mövsümün növbəti yarışlarına və qazana biləcəyimiz xallara baxsanız, görəcəksiniz ki, qələbə bizdən çox da uzaqda deyil”.
Qeyd edək ki, Ferrari hazırda 76 xal toplayıb və birinci yerdəki Mercedes-dən 81 xal geri qalır.