F-1.az xatırladır ki, “qırmızılar” Avstraliya yarışına favorit qismində gəlsələr də, podiuma belə yüksələ bilməyiblər.
Sebastyan Fettel: “Maranelloda böyük təhlillər aparıldı. Çünki zirvəyə dönmək istəyirik. Buna görə son iki həftə çox gərgin keçdi. Bəzi cavablar aldıq, amma yenə də problemlər var. Bəhreyn fərqli trasdır. Bolid barədə çox şey öyrənmişik və bunlar Saxirdə qələbə qazanmağımıza kömək etməlidir. Məncə, heç nə məlum deyil. Gözləyək görək. Nəzəriyyədə daha güclü ola bilərik. Ancaq bunu trasda göstərməliyik”.